Milli Məclisin buraxılması ilə bağlı qərarın hazırlanması üçün redaksiya heyəti yaradılıb


Digərləri 02 Dek 2019 12:33:00 101 0

Milli Məclisin buraxılması ilə bağlı qərarın hazırlanması üçün redaksiya heyəti yaradılıb

Milli Məclisin bu gün keçirilən iclasında parlamentin buraxılması ilə bağlı qərarın hazırlanması üçün redaksiya heyəti yaradılıb.

Bakı. Elçin Mehdiyev – Milli Məclisin bu gün keçirilən iclasında parlamentin buraxılması ilə bağlı qərarın hazırlanması üçün redaksiya heyəti yaradılıb. Trend-in məlumatına görə, Milli Məclisin spikeri Oqtay Əsədov plenar iclasda bildirib ki, redaksiya heyətinə parlamentin vitse-spikeri Bahar Muradova, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli, deputat Fəzail İbrahimli, Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov və deputat Sahibə Qafarova daxildir. Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin