Ehtiyatda olan polkovnik: "Onun adı Qəhrəman olsa da, bizim deyil, düşmənlərimizin qəhrəmanı oldu"


Siyasət 02 Dek 2019 12:21:05 177 0

Ehtiyatda olan polkovnik: "Onun adı Qəhrəman olsa da, bizim deyil, düşmənlərimizin qəhrəmanı oldu"

“Mən bu məsələdən xəbərdar olanda şoka düşdüm. Bizim Azərbaycanın Ordusunda polkovnik rütbəsinə qədər yüksəlmiş belə insanların olması məni təəccübləndirdi. İlk olaraq, onu deyim ki, belə hallara yol vermək olmaz. Xüsusən də, polkovnik rütbəsinə qədər yüksəlmiş şəxslərin belə hallara yol verməsi onların daxili aləmindən xəbər verir”.

“Mən bu məsələdən xəbərdar olanda şoka düşdüm. Bizim Azərbaycanın Ordusunda polkovnik rütbəsinə qədər yüksəlmiş belə insanların olması məni təəccübləndirdi. İlk olaraq, onu deyim ki, belə hallara yol vermək olmaz. Xüsusən də polkovnik rütbəsinə qədər yüksəlmiş şəxslərin belə hallara yol verməsi onların daxili aləmindən xəbər verir”.

Bunu“Report”a açıqlamasındaAzərbaycan Ordusunun ehtiyatda olan polkovniki Şair Ramaldanovehtiyatda olan polkovniklər - Qəhrəman Mənsimzadə və Rövşən Məhərrəmovun ittihamlarına münasibət bildirərkən deyib.

O vurğulayıb ki, son açıqlamalarıQ.Mənsimzadə və R.Məhərrəmovunvətəndaşlıq mövqeyinin lazımi səviyyədə olmadığını göstərir:“Birincisi, mənzil verilməsi üçün Komissiya yaradılır. Bu proses Komissiyada həyata keçirilir. Mənzillərin verilməsini Komissiya özü müəyyənləşdirir və bunun Müdafiə Nazirliyinə heç bir aidiyyatı yoxdur. Bu işlə Müdafiə naziri ilə Baş Qərargah rəisi məşğul olmur. Komissiya heç siyahıda olanları da tanımır. Ona görə düşünürəm ki, burada hədəfin Müdafiə naziri və Baş Qərargah rəisinin olmasında maraqlı qüvvələr var. Teleseriallara dönmüş 4 hissədən ibarət müraciətlər və ardının olması ilə bağlı anonslar verilməsi buna sübutdur”.

Ehtiyatda olan polkovniki Şair Ramaldanov:

"Azərbaycan Ordusunu gözdən salmaq mümkün deyil".

Ş.Ramaldanov hesab edir ki,Q.Mənsimzadə və R.Məhərrəmovsifariş əsasında mətbuata çıxıbaçıqlamalar verirlər: “Düşünürəm ki, burada maraqlı qüvvələr var. Mən demək istəyirəm ki, polkovnik rütbəsinə kimi yüksələn və bütün məsuliyyətini dərk edən bir insan bu formada çıxış edə bilməz. Ola bilsin ki, bunlar kiminsə sifarişini yerinə yetirirlər. O, bəzən fəxri fərmanları, medalları da ortaya qoyurdu. Ona demək lazımdır ki, əgər sənin fəxri fərmanların varsa, deməli, xidmətinə görə qiymətləndirilmisiniz. Məgər, o sənədlərə Müdafiə naziri imza atmayıb?”

Ş.Ramaldanov vurğulayıb ki, bu cür şəxslərin Azərbaycan Ordusunu gözdən salması mümkünsüzdür:“Polkovnik də, general da olmaq mümkündür, digər rütbələri də daşımaq olar, hərbi formanı da geyinmək olar. Amma ilk növbədə vətəndaş olmaq lazımdır. Vətəndaşlıq isə o Vətəni olduğu kimi sevmək deməkdir. Təbii ki, bunlar Azərbaycan Ordusunu gözdən sala bilməzlər. Ümumiyyətlə, Azərbaycan Ordusunu gözdən salmaq olmaz. Sadəcə olaraq, bunlar cəhd edə bilərlər. Müharibə şəraitində yaşayan ölkənin ehtiyatda olan polkovnikinin hərbi geyimdə bu cür ittihamlar səsləndirməsi düzgün deyil. Heç olmasa, mülki paltar geyinsinlər. Çünki hərbi formanı geyinmək Azərbaycan Ordusunu təmsil etmək deməkdir. Bir məsələni deyim ki, onun adı Qəhrəman olsa da, bizim deyil, düşmənlərimizin qəhrəmanı oldu. Çünki bizim düşmənlərimiz bu məlumatdan sui-istifadə etdilər. Demək olar ki, erməni saytlarında daha çox populyarlaşan bu Qəhrəmandır. Çünki, o, artıq erməni saytlarının qəhrəmanına çevrilib”.

Qeyd edək ki, Azərbaycan Ordusunun ehtiyatda olanpolkovnik Qəhrəman Mənsimzadə və Müdafiə Nazirliyinin Hərbi Polisinin sabiq rəisi, polkovnik Rövşən Məhərrəmov ordu rəhbərliyinə qarşı müxtəlif ittihamlar səsləndirirlər.

Q.Mənsimzadə hərbçi kimiev ala bilmədiyini iddia edir.

R.Məhərrəmov isə iddia edir ki, Hərbi Hava Qüvvələrinin rəhbərliyi onun ustalıq dərəcəsinin təsdiq olunması üçün Müdafə Nazirliyinə göndərib, ancaq məharət dərəcəsi təsdiq edilməyib. Əvəzində birinci dərəcə verilib. Müharibə şəraitində olan bir ölkənin ehtiyatda olan hərbçilərinin dediklərindən isə daha çox düşmən yararlanmağa cəhd edir.Q.Mənsimzadə və R.Məhərrəmovçıxışları informasiya müharibəsində Ermənistanın əlinə fürsət verə bilər. Təsadüfi deyil ki,Q.Mənsimzadə və R.Məhərrəmov son günlər düşmən mətbuatının əsas“qəhrəmanlarına” çevriliblər.