Bakıda kafedə baş verən silahlı insidentlə bağlı RƏSMİ


Digərləri 02 Dek 2019 12:25:09 153 0

Bakıda kafedə baş verən silahlı insidentlə bağlı RƏSMİ

Suraxanı rayonunda yerləşən kafelərin birində silahlı insident baş verib.

Bakı. Suraxanı rayonunda yerləşən kafelərin birində silahlı insident baş verib. Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, noyabrın 30-da saat 1 radələrində Suraxanı rayonunun Yeni Günəşli qəsəbəsi ərazisində yerləşən kafelərin birində 2 nəfər xuliqanlıq zəminində odlu silahdan açdıqları atəşlə Bakı şəhər sakini F.Zeynalovun əl nahiyəsinə xəsarət yetiriblər. Xəsarət almış F.Zeynalova xəstəxanada ilkin tibbi yardım göstərilib. Faktla əlaqədar Cinayət Məcəlləsinin 221-ci (xuliqanlıq) maddəsi ilə cinayət işi başlanıb.