Azərbaycanda İİV-lə yaşayan insanların təxminən 85%-i müalicəyə cəlb olunub


Sosial 02 Dek 2019 12:16:08 125 0

Azərbaycanda İİV-lə yaşayan insanların təxminən 85%-i müalicəyə cəlb olunub

"Bu ilin dekabrın 1-nə qədər İİV-lə yaşayan insanların ümumilikdə&85%-ə qədəri ARV terapiya ilə təmin olunub".

"Bu ilin dekabrın 1-nə qədər İİV-lə yaşayan insanların ümumilikdə85%-ə qədəri ARV terapiya ilə təmin olunub".

"Report" xəbər verir ki, bunu Respublika QİÇS-lə Mübarizə Mərkəzinin Monitorinq və qiymətləndirmə şöbəsinin müdiri Natiq Zülfüqarov deyib.

Onun sözlərinə görə, 2006-cı ildən etibarən tətbiq edilən antiretrovirus terapiyaya hazırda 5741 İİV-lə yaşayan insan cəlb olunub. Onların 761 nəfərinin bu ilin 11 ayı ərzində müalicəsinə başlanılıb: "2018-ci ildən etibarən Səhiyyə Nazirliyinin dəstəyi ilə İİV- infeksiyasının müalicəsində "Test-Treat" strategiyası tətbiq olunur. İİV-ə yoluxması təsdiq olunmuş hər bir vətəndaş qeydiyyata götürüldüyü gündən etibarən ARV dərmanlar ilə təmin olunur".

N.Zülfüqarov əlavə edib ki,İİV-ə görə müayinənin əlçatanlığını təmin etmək məqsədi ilə ölkə ərazisində 50 stasionar və 12 mobil könüllü məsləhət və müayinə şəbəkəsi fəaliyyət göstərir.