"Hyundai" "Niva" ilə toqquşdu:


Digərləri 02 Dek 2019 12:12:00 118 0

"Hyundai" "Niva" ilə toqquşdu:

Oğuz rayonunda ağır yol qəzası baş verib.

Son.az Trend-ə istinadən xəbər verir ki, hadisə səhər saatlarında Oğuz şəhəri ərazisində qeydə alınıb.

Oğuz rayon sakini, 1961-ci il təvəllüdlü Ərşad Quliyevin idarə etdiyi "Hyundai" markalı avtomibillə Zaqatala rayon sakini 1965-ci il təvəllüdlü Oruc Məhərrəmovun idarə etdiyi "Niva" markalı avtomobil toqquşub.

Hadisə nəticəsində hər iki avtomobildə olan 4 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri ilə Oğuz rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

Faktla bağlı araşdırma aparılır.