Milli Məclisin buraxılması məsələsi ilə bağlı parlamentdə müzakirələr başladı


Digərləri 02 Dek 2019 12:04:00 118 0

Milli Məclisin buraxılması məsələsi ilə bağlı parlamentdə müzakirələr başladı

Milli Məclisin bu gün keçirilən iclasında parlamentin buraxılması məsələsi ilə bağlı müzakirələrə başlanılıb.

Son.az Trend-ə istinadən xəbər verir ki, Yeni Azərbaycan Partiyasını (YAP) partiyanı təmsil edən deputatlar Milli Məclisin buraxılması ilə bağlı təşəbbüslə çıxış edirlər.

Qeyd edək ki, noyabrın 28-də YAP Siyasi Şurasının iclası, eyni zamanda partiyanı parlamentdə təmsil edən deputatlarla görüş keçirilib. İclasda partiyanı təmsil edən deputatlara Milli Məclisin buraxılması ilə bağlı təşəbbüslə çıxış etmələri tövsiyə olunub.

Milli Məclisdə təmsil olunan bitərəf deputatlar da iclas keçirərək parlamentin buraxılması məsələsini dəstəkləyiblər.