Bu il Azərbaycanda 592 nəfərdə İİV-ə yoluxma faktı aşkarlanıb


Digərləri 02 Dek 2019 11:44:00 127 0

Bu il Azərbaycanda 592 nəfərdə İİV-ə yoluxma faktı aşkarlanıb

Bu ilin 11 ayı ərzində Azərbaycanda 592 nəfərdə İİV-ə yoluxma faktı aşkarlanıb.

Bakı. İlhamə İsabalayeva - Bu ilin 11 ayı ərzində Azərbaycanda 592 nəfərdə İİV-ə yoluxma faktı aşkarlanıb. Trend-in məlumatına görə, bunu Səhiyyə Nazirliyi Respublika QİCS-lə Mübarizə Mərkəzinin Monitorinq və qiymətləndirmə şöbəsinin müdiri Natiq Zülfüqarov deyib. Onun sözlərinə görə, həmin şəxslərin 563 nəfəri (95 faiz) Azərbaycan vətəndaşı, 29 nəfəri (5 faiz) əcnəbidir. Qeydiyyata alınmış 563 Azərbaycan vətəndaşının 371 kişi, 192-i qadındır. N.Zülfüqarov əlavə edib ki, bu ilin 1 dekabrına qədər Səhiyyə Nazirliyi QİÇS-lə Mübarizə Mərkəzində 6774 nəfər İİV-lə yaşayan insan rəsmi qeydiyyatdadır. Onların 69,4 faizi (4701 nəfər) kişi, 30,6 faizi (2073 nəfər) qadındır.