Həbsdəki dayısına telefon aparan şəxsin məhkəməsi başlayır


Sosial 02 Dek 2019 11:32:38 117 0

Həbsdəki dayısına telefon aparan şəxsin məhkəməsi başlayır

Cəzaçəkmə müəssisəsində saxlanan dayısına mobil telefon keçirmək istəyən Bilal Sadıqovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb

Cəzaçəkmə müəssisəsində saxlanan dayısına mobil telefon keçirmək istəyən Bilal Sadıqovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

"Report"un xəbərinə görə, cinayət işi baxılması üçün Binəqədi Rayon Məhkəməsinə göndərilib.

Hakim Abbas Rzayevin icraatına verilən iş üzrə hazırlıq iclası yaxın günlərdə keçiriləcək.

Qeyd edək ki, Bilal Sadıqov bu ilin oktyabr ayında Penitensiar Xidmətin 11 saylı cəzaçəkmə müəssisəsinə saxlanılan dayısı - qəsdən adam öldürməyə görə 16 il 6 ay müddətinə azadlıqdan məhrum edilən məhkum İsmayılov Fikrət Xəlil oğlu ilə qısamüddətli görüşə gəlib.

Penitensiar Xidmətin əməliyyat aparatının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində mobil telefon aparatı keçirilməsi cəhdinin qarşısı alınıb. Belə ki,Bilal Sadıqovun üzərinə və gətirdiyi sovqata baxış keçirilən zaman sovqatda olan gödəkcənin cibində gizlədilmiş 1 ədəd “Samsung” markalı mobil telefon aparatı, 3 ədəd danışıq kartı, 1 ədəd elektrik qidalandırıcısı və 1 ədəd qulaqcıq aşkar edilib.

Şaban Hüseynliyə CM-nin 317-1. 1 (cəzaçəkmə müəssisələrində və ya istintaq təcridxanalarında saxlanılan şəxslərə qadağan olunmuş əşyaların verilməsi və ya ötürülməsi maddəsi ilə ittiham verilib.