Emin Hüseynov Bakı Ali Neft Məktəbində master-klass keçib (FOTO)


Digərləri 02 Dek 2019 10:43:18 148 0

Emin Hüseynov Bakı Ali Neft Məktəbində master-klass keçib (FOTO)

Master klass zamanı o MBA tələbələrini maraqlandıran sualları cavablandırıb və rektor Elmar Qasımova Ali Məktəbdə sessiya üçün yaradılmış şəraitə görə təşəkkürünü bildirib.

Bakı. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın köməkçisi Emin Hüseynov Bakı Ali Neft Məktəbində (BANM) Biznesin İdarə olunması üzrə Tədris Mərkəzinin “Professional biznes müzakirələri” adlı sessiyaları çərçivəsində MBA tələbələrinə “Daha güclü, inkluziv və dayanaqlı inkişaf: Azərbaycanın nümunəsində” mövzusunda master-klass keçib. Master-klassda maraqlı məqamlara toxunan Emin Hüseynov BANM tələbələrinə bir ölkənin iqtisadi cəhətdən inkişafında əsas üç amilə - daha güclü olmaq, inkluzivlik və dayanıqlılığa diqqət çəkərək, onlar arasında optimal balansın saxlanılmasının vacibliyini xüsusi qeyd edib. Daha sonra o, təqdimatında iqtisadi inkişaf və onun üç amilini 1995-2019-ci illər üzrə Azərbaycanın nümunəsində izah edib: 1995-2004-cü illər - dirçəlmə və stabillik dövrü, 2005-2014-cü illər - neft bumu dövrü və 2014-2019-cu illər - post-neft dövrü. “Əsas məsələ bundan sonra başlayır. Gələcəyə necə gedirik? Bundan sonrakı istiqamətimiz və hədəfimiz nədir, hansı strateji planlarımız var? – bu sualların cavabını vermək lazımdır. Önəmli məsələlərdən biri də getdiyimiz yolda risklər və çətinlikləri müəyyən etmək vacibdir. Daha nələr etmək, nələri düzəltmək olar ki, hədəfə çataq” - deyə Emin Hüseynov fikirlərini BANM tələbələri ilə bölüşüb. Master klass zamanı o MBA tələbələrini maraqlandıran sualları cavablandırıb və rektor Elmar Qasımova Ali Məktəbdə sessiya üçün yaradılmış şəraitə görə təşəkkürünü bildirib. Sonda Emin Hüseynova “Fəxri qonaq plaketi” təqdim olunub.