“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz


Digərləri 02 Dek 2019 10:18:00 122 0

“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz

InvestAZ İnvestisiya şirkətinin analitikləri bu həftə üzrə dünya maliyyə bazarlarında son vəziyyət və qısa müddət ərzində gözlənilənlərlə bağlı məlumat verib.

Bakı. InvestAZ İnvestisiya şirkətinin analitikləri bu həftə üzrə dünya maliyyə bazarlarında son vəziyyət və qısa müddət ərzində gözlənilənlərlə bağlı məlumat verib. Trend həmin məlumatı təqdim edir: EUR. Beynəlxalq valyuta birjalarında avroya olan tələb artıb. Bu, texniki səbəblərlə əlaqələndirilir və 1.10$-da dəstək görən EUR/USD məzənnəsi 1.11$-a kimi də bahalaşa bilər. Bununla yanaşı, cümə axşamı Bakı vaxtı ilə saat 14:00-da Avrozonadan iqtisadi inkişafa dair açıqlanacaq və cümə günü saat 17:30-da ABŞ-dan dərc ediləcək əmək bazarı ilə bağlı önəmli fundamental məlumatlar da investorların diqqət mərkəzində olacaqdır. GBP. GBP/USD məzənnəsində də bahalaşma müşahidə edilir və qiymət 1.29$-ın üzərində qalarsa, 1.30$-a kimi bahalaşmanın şahidi ola bilərik. İngiltərədə hakim partiyanın gələn həftə keçiriləcək növbədən kənar parlament seçkisində üstünlük qazana biləcəyi ehtimallarının artması da funta müsbət təsir edə bilər. TRY. USD/TRY məzənnəsində keçən həftənin ikinci yarısında başlayan eniş dalğası, 5.70TL-yə kimi də dərinləşə bilər.