Şəmkirdə yol qəzasında ölən 5 nəfərin şəxsiyyəti müəyyənləşib - YENİLƏNİB


Sosial 01 Dek 2019 22:24:00 141 0

Şəmkirdə yol qəzasında ölən 5 nəfərin şəxsiyyəti müəyyənləşib  - YENİLƏNİB

Şəmkirdə ağır yol-nəqliyyat hadisəsi baş verib

Şəmkir rayonunda baş verən ağır yol-nəqliyyat hadisəsi zamanı ölən beşnəfərin şəxsiyyəti məlum olub.

"Report" xəbər verir ki, qəzadaƏliyeva Həyat Rəşad qızı,Orucov Vüqar Bayram oğlu,Orucov Dilqəm Bayram oğlu vəOrucova Rəsmiyyə Nürəddin qızı ölüb.

***21:50

Şəmkir rayonunda baş verənağır yol-nəqliyyat hadisəsinin bəzi təfərrüatları məlum olub.

"Report"un Qərb Mərkəzinin məlumatına görə, qəzaŞəmkir - Gədəbəy avtomobil yolunun Şəmkir rayonu ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki,"Mitsubishi Pajero" ilə “VAZ-2104” markalı minik avtomobillərinin toqquşması nəticəsində beş nəfər ölüb.

Hazırda onların şəxsiyyətləri dəqiqləşdirilir.

Faktla bağlı araşdırma aparılır.

20:54***

Şəmkir rayonundaağır yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un Qərb Mərkəzinin məlumatına görə, hadisə yerinə təcili tibbi yardım və DYP əməkdaşları cəlb olunub.

İlkin məlumata görə, qəza zamanı 5 nəfər ölüb, bir neçə nəfər yaralanıb.