Rumas ilə Medvedev 6 dekabrda görüşəcəklər


Dünya 01 Dek 2019 20:14:00 126 0

Rumas ilə Medvedev 6 dekabrda görüşəcəklər

Belarusun Baş naziri Sergey Rumas, Rusiyanın Baş naziri Dmitri Medvedev ilə telefon danışığı aparıb.

Son.az Trend-ə istinadən bildirir ki, S. Rumas və D. Medvedev dekabrın 6-na görüş təyin ediblər.

Telefon danışığı Rusiya tərəfinin təşəbbüsü ilə baş tutub. Telefon danışığı zamanı İnteqrasiya üçün yol xəritələri ilə bağlı razılığın əldə edilməsi istiqamətində irəliləyişlər müzakirə edilib. Baş nazirlər növbəti iclasın 6 dekabrda keçirilməsinə razılıq veriblər.