Putinlə Zelenski mütləq görüşəcək


Dünya 01 Dek 2019 20:04:00 130 0

Putinlə Zelenski mütləq görüşəcək

Parisdə "Normand formatı"nda keçiriləcək tədbirdə Rusiya Prezidenti Vladimir Putinlə ukraynalı həmkarı Vladimir Zelenski arasında görüş mütləq baş tutacaq.

Son.az Axar.az-a istinadən xəbər verir ki, bu barədə məlumatı Kremlin sözçüsü Dmitri Peskov deyib.

"Elə ya da belə, Putinlə Zelenski mütləq görüşəcək. Görüşün mahiyyəti və formatının necə olacağı məsələsinə gəldikdə isə deyə bilərəm ki, bununla bağlı görüşə yaxın zamanda qərar veriləcək", - Peskov bildirib.