Ümumdünya Səhiyyə Təşkilatı beyin qocalmasını ləngidən məhsulları açıqladı


Digərləri 01 Dek 2019 19:59:00 152 0

Ümumdünya Səhiyyə Təşkilatı beyin qocalmasını ləngidən məhsulları açıqladı

Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, hər il demans xəstələrinin sayı 10 milyonu keçir. Risk faktorlarından biri qeyri-sağlam qidalanmadır. Odur ki, neyronları məhv olmaqdan qoruyan məhsulları pəhrizə daxil etmək vacibdir.

Son.az xəbər verir ki, Ümumdünya Səhiyyə Təşkilatı beyin qocalmasını ləngidən məhsulları açıqlayıb. Beyin sağlamlığını qoz və avokadodan daha yaxşı dəstəkləyən qidaların siyahısını təqdim edirik.

Şam fıstığı

100 qram şam fıstığında gündəlik manqan nisbətinin 440% -i, 47% E vitamini, 66% mis və 63% maqnezium var. 100 qram fıstıqda avokadodan 20 qat daha çox omeqa-6 yağ turşusu var. Omeqa-6 beyin qocalmasını ləngidir.

Şam fıstığında olan E vitamini beyni oksidləşdirici stressdən qoruyan və idrak qabiliyyətini yaxşılaşdıran əhəmiyyətli antioksidantdır. Maqnezium gərginlikdən qoruyur və bizi stressə davamlı edir.

Mis yadda saxlama və öyrənmə qabiliyyətinə təsir göstərir, lakin artığı da zərərlidir, odur ki, gündəlik tövsiyə olunan normanı aşmayın. Manqan xüsusilə idmanla məşğul olan və stressli işlərdə çalışanlar üçün faydalıdır.

Çuğundur

Çuğundurun tərkibindəki nitritlər beyinə qan axınını artırır, daha çox oksigen almağa kömək edir. 2017-ci ildə aparılan bir araşdırma göstərib ki, çuğundur suyu neyroplastikliyi - beynin dəyişmə qabiliyyətini artırır. Bu xüsusilə yaşlı insanlar üçün vacibdir.

Çuğundura parlaq rəng verən Betanin, beyni Altsheymer xəstəliyindən qoruyur. Tərkibindəki B9 vitamini də beyin sağlamlığında rol oynayır: onun çatışmazlığı idrak funksiyasının zəifləməsinə və demansa səbəb olur. Çuğundurda portağaldan üç dəfə çox B9 vitamini var.

Yaşıl və mate çayı

Mate çayındakı kofein sinir sistemini stimullaşdırır: yorğunluq və yuxu ilə mübarizə aparmağa kömək edir, zehni fəaliyyəti bərpa edir və yaddaşı gücləndirir. Qəhvədən imtina etmək istəyənlər üçün bu çay əla alternativdir.

Mate depressiya əlamətlərini aradan qaldırır və neyronları Parkinson xəstəliyi də daxil olmaqla məhv olmaqdan qoruyur. Mate çayı adi yaşıl çaydan daha faydalı birləşmələrə və maddələrə malikdir.

Nar şirəsi

Nardakı antioksidantlar qırmızı şərab və yaşıl çaydan üçqat daha güclüdür. Sərbəst radikalların meydana gəlməsinə maneə törədir, beyin hüceyrələrini məhv olmaqdan qoruyur və iltihabı azaldır.

Nardakı polifenollar şifahi və vizual yaddaşı yaxşılaşdırır: tədqiqatçılar insanların menyusuna 236 ml nar şirəsi əlavə edərək antioksidantların idrak qabiliyyətinə necə təsir etdiyini araşdırıb. 4 həftədən sonra test zamanı yaddaş keyfiyyətinin yaxşılaşdığı məlum olub.

Sarıkök