Aleksandr Oxrimenko: TANAP layihəsi Azərbaycanın regionda və dünyada strateji rolunu ciddi şəkildə artıracaqdır


Digərləri 01 Dek 2019 19:44:00 120 0

Aleksandr Oxrimenko: TANAP layihəsi Azərbaycanın regionda və dünyada strateji rolunu ciddi şəkildə artıracaqdır

Azərbaycan həm enerji baxımından, həm də iqtisadi baxımdan TANAP-ın istifadəyə verilməsindən böyük fayda əldə edəcəkdir.

Son.az bildirir ki, bunu Trend-ə tanınmış ukraynalı ekspert-iqtisadçı Aleksandr Oxrimenko deyib.

Ukraynalı ekspertin fikrincə bu layihə , eyni zamanda, Azərbaycanın regionda və dünyada strateji əhəmiyyətini ciddi şəkildə gücləndirəcəkdir.

Ekspert deyib: "Trans-Anadolu Qaz Boru Kəmərinin (TANAP) reallaşması Azərbaycan, Türkiyə və Avropanın enerji və strateji maraqlarına cavab verir. Şübhəsiz ki, bu, Avropanın Azərbaycana marağını artırır. Azərbaycan Avropa Birliyi üçün yalnız enerji mənbələri tədarükçüsü kimi deyil, həm də Avropanın enerji təhlükəsizliyinin qarantı kimi çıxış edən bir ölkədir. Bu, əsasən, regionda və dünyada həyata keçirilən balanslı xarici siyasət sayəsində Azərbaycanın özünü etibarlı strateji, ticarət və iqtisadi tərəfdaş və genişmiqyaslı layihələrin həyata keçirilməsi üçün ciddi müttəfiq kimi tanıtdırmasıdır".

Onun sözlərinə görə, Azərbaycan bölgənin və Avropanın enerji təhlükəsizliyinə verdiyi töhfə 1990-cı illərin ortalarında, ölkənin enerji strategiyasının başlanğıcının təyin olunduğu vaxta qoyulub.

A.Oxrimenko qeyd edib: "Bu gün bölgənin enerji xəritəsinin dəyişdiyini görürük və bu dəyişiklikdə əsas rol oynayan Azərbaycandır. Ötən əsrin 90-cı illərinin ortalarında iki siyasi qərarın qəbul edilməsi, ölkənin neft və qaz siyasətinin formalaşmasında vacib rol oynayıb. 20 sentyabr 1994-cü ildə dünyanın 8 ölkəsindən 12 şirkətlə "Əsrin Müqaviləsi" nin imzalanması Azərbaycanda yeni neft strategiyasının başlanğıcı olub. Bu strategiyanın davamı olaraq, 6 iyun 1996-cı ildə Şahdəniz qaz yatağının işlənməsi üçün müqavilənin imzalanmasınında bölgənin enerji təhlükəsizliyində mühüm rolu olub. Buna görə bu gün Azərbaycanın qlobal əhəmiyyətli layihələrin həyata keçirilməsində əsas rol oynadığına inanmaq üçün bütün əsaslar var".