Əcnəbilərin Bakıda mənzil alması qiymətləri qaldırır?


Digərləri 01 Dek 2019 19:25:00 127 0

Əcnəbilərin Bakıda mənzil alması qiymətləri qaldırır?

Azərbaycanda daimi yaşayan əcnəbilər və vətəndaşlığı olmayan şəxslər dövlət, idarə və ictimai fondlarından mənzil ala bilərlər. Amma əcnəbi vətəndaşlara torpaq sahəsi almaq hüququ verilmir.

Əcnəbilərin rahat şəkildə ölkəmizdə mənzil, fərdi yaşayış evi alması yerli əhalidə narahatlıq yaradır. İnsanlar düşünür ki, turizmin də inkişafı nəticəsində ölkəmizdə mənzil sahibi olan əcnəbilər artır. Nəticədə, Azərbaycanın əmlak bazarında qıtlıq yaranır, tələbatın çox olması qiymətlərin yüksəlməsinə gətirib çıxarır.

Son.az Modern.az-a istinadən bildirir ki, bu fikirlər haqqında danışan ekspert isə narahatlığa əsas olmadığını düşünür.

Daşınmaz əmlak eksperti Nüsrət İbrahimov qeyd edib ki, 2018-ci ildə xaricilər tərəfindən Azərbaycanda 2 mindən çox mənzil alınıb: