Əgər insan belə olsaydı, avtoqəzalarda sağ qalardı Alimlər qəzaya davamlı maket hazırladı


Digərləri 01 Dek 2019 19:39:00 138 0

Əgər insan belə olsaydı, avtoqəzalarda sağ qalardı  Alimlər qəzaya davamlı maket hazırladı

Alimlər və rəssam Patrisiya Piççini Avstraliya yol qəzaları komissiyasının dəstəyi ilə insan bədəninin qəzalara davamlı maketini hazırlayıb.

Son.az medicina.az-a istinadən bildirir ki, müasir insanın indiki bədəni bu cür evalyusiya olarsa, yol-nəqliyyat qəzalarında ideal şəkildə davam gətirib, zədəsiz çıxa bilər.

Mutant manekenə Graham adı verilib. Rəssam onu cərrah, travmatoloq və DYX üzrə mütəxəssislərlə birgə yaradıb.

Onun boynu yoxdur, enli, əyri sifəti və alnı qabarıqdır, deformasiya olunmuş barmaq və ayaqları, hava qabarcıqları ilə dolu və döş qəfəsinin yuxarına sıxılmış çox sayda xırda qabırğaları var, kəllə sümükləri isə enlidir.