"Qadınlarımızın danışacağı çox şey var" Fenomen FOTO


Kriminal 01 Dek 2019 19:29:00 61 0

"Qadınlarımızın danışacağı çox şey var"  Fenomen  FOTO

Erkin Ergin: Bu günün insanları ən çox yıxılana, təhqir olunana gülür

Son.az kaspi.az-a istinadən yazını təqdim edir.

İnsanları güldürmək çətindir. Düşündürərək, özlərini onlara olduğu kimi təqdim edib, necə varsansa elə göstərməyə çalışmaq isə ondan da çətindir. Bu baxımdan, yerli stand up ustalarımızın, eləcə də bloggerlərimizin üzərinə böyük yük düşür. "Fenomen" rubrikamızın qonağı Erkin Ergin də maraqlı ssenarilər yazaraq, onları tamaşaçılara fərqli şəkildə təqdim edir. Beləliklə, aktyor, blogger, vayner və stand up ustası Erkin Ergin bizimlə söhbətində internet resurslarının onlara yaratdığı imkanlardan danışdı.    - Fenomen olmaq üçün çıxdığınız bu yolda gözləntiləriniz nələr idi?

- Əslində fenomen olmaq kimi bir gözləntim yox idi. Açığı, heç indi də düşünmürəm ki, çox izlənilən biriyəm və fenomenəm, böyük kütlə tərəfindən izlənilirəm. Əsas hədəfim, sadəcə rahat işləmək və bundan gəlir əldə etmək idi. Demək olar ki, bu hədəflərimə çatmışam. Ancaq hər dəfə bir hədəfimə çatdıqdan sonra növbəti hədəfim formalaşır. İndi daha çox öz PR-ım üçün çalışıram.    - İzləyici toplamaq üçün ilkin olaraq hardan və necə başlamaq lazımdır?

- Hər şey istəkdən asılıdır. İlk növbədə bu işlə məşğul olan insanların necə, hansı üsulla məşhurluq qazandıqlarını araşdırmaq lazımdır. Ondan sonra da öz ideyalarını ilkin mərhələdə həyata keçirməyə başlamalıdırlar. Kütləyə özünü tanıtdıraraq, ssenarilərini gerçəkləşdirərək, tutduğun yolda iri addımlarla irəliləməyin lazımdır. Məşhur olduqdan sonra istədikləri şəkildə ssenarilərinə uyğun videolar çəkə və stand up söyləyə bilərlər. İnsan özünün düşündüyü məhsulu istədiyi şəkildə kütləyə "yedizdirməsi" üçün ilk növbədə tanınmalıdır. Bu da bir az zaman tələb edir.    - Əvvəllər məşhur insan dedikdə, ya xalq, ya da əməkdar artistlər nəzərdə tutulurdu. İndi isə məşhurluq İnstaqramda daha çox izləyici sayı ilə ölçülür.

- Təəssüf ki, bu, həqiqətdir. Əvvəllər aktyorlar özlərini televiziya və ya filmlərdə göstərirdilərsə, indi onlara bu meydanı sosial şəbəkələr yaradır. Peşəkar aktyorların əksəriyyəti sosial şəbəkədə o qədər də aktiv deyillər. Onlar dövrün tələblərinə cavab verən şəbəkələrin aktiv iştirakçıları olmalıdır ki, işləri, istedadları görünsün. O zaman izləyicinin də peşəkar və qeyri-peşəkar arasında müqayisə etmək vərdişi formalaşar. Bu gün peşəkar aktyorlar sosial meydanı boş qoyurlar. Onlar dövrlə, zəmanə ilə ayaqlaşmalıdırlar.   - Sizcə, vayner yaxşı aktyor ola bilərmi?

- Vaynerin izləyicisinin çox olması onun peşəkarlığının göstəricisi deyil. Sadəcə, nə qədər çox sevildiyindən xəbər verir. Meydan boş qaldıqda, istedadı az olan insanlar daha tez məşhurlaşırlar. Belə olduğu halda, istedadlıların gördükləri işlər kölgədə qalır. Demirəm ki, onlar sosial şəbəkəyə gəldikləri gündən tutarlı olacaq. Ancaq müəyyən bir vaxtdan sonra peşəkarlıq öz sözünü deyir. 

- Sizcə, nə üçün bizdə qadın stand up ustaları yoxdur?

- Qadın stand up ustalarının olmamasının səbəbi bizim bu sənətə sırf yumor kimi yanaşmağımızdan irəli gəlir. Əslində, qadınlarımızın danışacağı çox şey var. Stand up yumor üzərindən qurulmuş bir şey deyil. Fikrini səsləndirir və ona yumor da qatır ki, bir qədər maraqlı olsun. Yumor hissi olan qadınlarımız var. Əslində cəhd etsələr, bu, onlarda çox yaxşı alınar. Sadəcə, istək yoxdur və bizdə bu sahədə ixtisaslı prodüser çatışmazlığı var. Prodüserlər tamam başqa işlərlə məşğuldur.   - Bizdə isə stand up yalnız Cem Yılmazın söylədiyi monoloqlar hesab edilir. Əslində isə, bu, tam olaraq stand up deyil.

- Cem Yılmaz bu günün stand up ustalarına çox yaxşı nümunədir. Əgər izləyicilər stand up-ın marağındadırlarsa, onlar bir nəfərlə kifayətlənməməlidirlər. Rusiya, Amerika stand up ustalarını  izləməlidirlər. Biz o stand upları izləyib, sonra onları özümüzünküləşdirməliyik. İzləyici təbilik tələb etsə də, ancaq onu qəbul etmir.    - Belə hallarla çox tez-tez rastlaşırıq və çox zaman da özümüzü bəyənmirik.

- Bu, bizim yaralı yerimizdir. Əslində, bəyənməmək çox asandır. Biz dəyər verməyə ilk növbədə özümüzdən başlamalıyıq. Təbii ki, Cem Yılmazı bəyənirəm, ancaq türk dilində stand up dinləmək üçün 700 manat biletə pul verən tamaşaçının öz stand up ustasına 30-40 manat pul verməməsi mənə çox təsir edir. Hansı ki, Azərbaycan stand up ustaları öz ölkəsində baş verən problemlərdən, özümüzdən, bizi  biz edən özəlliyimizdən bəhs edir. Biz nəyə görə gözləməliyik ki, xaricdən bir nəfər gəlib, bizə "ay balam", "balalar, gəlirəm" kimi səslənsin. Məgər biz balayıq? Hesab edirəm ki, içimizdə olan biri bizi bizə daha yaxşı göstərə bilər. Biz bu dəyəri insanlara aşılamalıyıq.

- Bu günün insanı hansı mövzulara daha çox gülür?

Əcnəbilərin Bakıda mənzil alması qiymətləri qaldırır? like
  • 01 Dek 19:25  
Digərləri Əcnəbilərin Bakıda mənzil alması qiymətləri qaldırır?

Azərbaycanda daimi yaşayan əcnəbilər və vətəndaşlığı olmayan şəxsl

arrow Ətraflı
Azərbaycan XİN Rusiyaya başsağlığı verib like
  • 01 Dek 19:24  
Siyasət Azərbaycan XİN Rusiyaya başsağlığı verib

Rusiyanın Sretensk rayonunda sərnişin avtobusunun qəzasında onlarla sərni

arrow Ətraflı
Ata olmaq niyə çətinləşib? like
  • 01 Dek 19:15  
Digərləri Ata olmaq niyə çətinləşib?

Uşaq qığıltısı ailələrin bəzəyidir. Amma bəzən bu qığıltını eş

arrow Ətraflı
Qaradağda zəncirvari qəza, 10-a yaxın şəxs xəsarət alıb - VİDEO like
  • 01 Dek 19:04  
Sosial Qaradağda zəncirvari qəza, 10-a yaxın şəxs xəsarət alıb - VİDEO

Bakının Qaradağ rayonu ərazisində ağır yol-nəqliyyat hadisəsi baş veri

arrow Ətraflı
PREZİDENT. Müstəqillik. Təhlükəsizlik. Rifah  Video layihə  01.12.2019 tarixli bölüm like
  • 01 Dek 19:00  
Siyasət PREZİDENT. Müstəqillik. Təhlükəsizlik. Rifah Video layihə 01.12.2019 tarixli bölüm

Son.az Trend İnformasiya Agentliyinə istinadən "PREZİDENT. Müstəqi

arrow Ətraflı
Video layihə: PREZİDENT. Müstəqillik. Təhlükəsizlik. Rifah 01.12.2019 tarixli bölüm like
  • 01 Dek 19:00  
Digərləri Video layihə: PREZİDENT. Müstəqillik. Təhlükəsizlik. Rifah 01.12.2019 tarixli bölüm

"Trend" İnformasiya Agentliyi "PREZİDENT. Müstəqillik. Təhlükəsizlik. Rif

arrow Ətraflı
Malmülkünü yoxsullara paylayan yazıçı: like
  • 01 Dek 18:52  
Digərləri Malmülkünü yoxsullara paylayan yazıçı:

Lev Tolstoy Tula əyalətinin Yasnaya Polyana kəndində zəngin ailənin dörd

arrow Ətraflı
Qadınlara yönəlmiş cinayət hallarının qarşısını necə almaq olar? like
  • 01 Dek 18:45  
Digərləri Qadınlara yönəlmiş cinayət hallarının qarşısını necə almaq olar?

Qadın məsələləri üzrə ekspert Nərmin Şamilbəyli deyir ki, qadınlara q

arrow Ətraflı
Türk idmançıları aparan mikroavtobus aşıb, like
  • 01 Dek 18:38  
Dünya Türk idmançıları aparan mikroavtobus aşıb,

Türkiyənin "Ordu gənclər birliyi" qadın həndbol komandasını Yo

arrow Ətraflı
"Twitter" altı ay ərzində aktiv olmayan hesabları ləğv edəcək like
  • 01 Dek 18:31  
Digərləri "Twitter" altı ay ərzində aktiv olmayan hesabları ləğv edəcək

"Twitter" Administrasiyası son altı ay ərzində aktiv olmayan hesab

arrow Ətraflı
Beyinə inanılmaz faydası olan qida like
  • 01 Dek 18:24  
Digərləri Beyinə inanılmaz faydası olan qida

Son araşdırmalara görə, alimlər dünyanın ən qidalı və faydalı qida ma

arrow Ətraflı
Rumas ilə Medvedev 6 dekabrda görüşəcəklər like
  • 01 Dek 18:19  
Digərləri Rumas ilə Medvedev 6 dekabrda görüşəcəklər

Состоялся телефонный разговор премьер-мини

arrow Ətraflı
Çılpaq gözəllik: Azərbaycanlı model rus fotoqrafın obyektivində like
  • 01 Dek 18:17  
Digərləri Çılpaq gözəllik: Azərbaycanlı model rus fotoqrafın obyektivində

Məşhur rusiyalı fotoqraf Dmitri Penkov azərbaycanlı model Samirə Ağayevan

arrow Ətraflı