Unikal formalı 10 ada FOTO


Digərləri 01 Dek 2019 19:20:00 173 0

Unikal formalı 10 ada  FOTO

Adalar müxtəlif səbəblərdən insanlar üçün cəlbedicidir. Onların bəziləri bəyaz qumsallı çimərlikləri ilə cəlb edir, digərləri palmalarla örtülmüş, təmiz və isti sularla yuyulan tropik landşaftı ilə diqqətəlayiqdir. Amma elə adalar da var ki, bəzən sadəcə uydurma olan fantastik əhvalatları sayəsində xüsusi şöhrət qazanıb.

Bir qisim ada da var ki, yüksəklikdən görüncəyə qədər onlara heç kəs əhəmiyyət verməyib. Yalnız kosmik səyahətlər, peyklər və pilotsuz uçuş aparatları dövründə insanlar aydınlaşdırdılar ki, Yer kürəsində inanılmaz sayda əcaib formalı adacıqlar var. Məsələn, ürək formasında ada mövcuddur. Bəzi adalar yalnız düzbucaq altında baxış və azacıq təxəyyül tələb edir ki, müəyyən obrazlarla oxşarlıq aydın görünsün.

Son.az AZƏRTAC-a istinadən qəribə formalı 10 adanı təqdim edir.

1. Malayziyanın Sabah ştatının paytaxtı Kota-Kinabalu sahillərində Manukan, Mamutik və Suluq adlı üç ada yerləşir. Bu adaların üçü də yuxarıdan təbəssümlü sifəti - smayliki xatırladır. Təbəssüm peykdən və Kota-Kinabalu beynəlxalq aeroportundan havaya qalxan və ora gələn təyyarələrin bortundan aydın görünür.

2. Qalapaqos adaları arasında İzabella adası yetərincə böyükdür. Bu da dəniz atı fiqurunu aydın görməyə imkan verir.

3. Xorvatiya ərazisi olan Bricuni Adriatik dənizinin İstriya yarımadası sahillərində 14 adadan ibarət silsilədir. Sualtı arxeoloji obyektləri və canlılar aləminin zənginliyi sayəsində bu yerlər dayverlərin sevimli məkanına çevrilib. Bu adalardan biri - Qaz adlı ən kiçiyi balığa bənzəyir və ya kreker formasını xatırladır.

4. Havay adalarında Molokini adlı qayalıq ada ayparaya bənzəyir. Onun landşaftı qismən suyun içinə gedən vulkanik kraterdən ibarətdir. "Aypara" suyun üzərində təqribən 50 metr yüksəlir. Bu məkan "Instagram"çıların sevimli məkanı olmaqla bərabər, rifləri müdafiə edir və dayvinqə unikal imkanlar yaradır.

5. İtaliyada, məşhur Amalfi şəhəri sahillərində Qallo Lunqo, Rotonda və Kastelluçça adlı üç adacıq Li Qalli arxipelaqına daxildir. Bu adacıqlar mifik sirenaların şərəfinə adlandırılmış sirenuslar kimi də məşhurdur. Adalardan ən uzunu Qallo Lunqodur. Bəzən onu aypara kimi təsvir edirlər, lakin müəyyən bucaq altında baxıldıqda delfinə bənzəyir.