Beyinə inanılmaz faydası olan qida


Digərləri 01 Dek 2019 18:24:00 157 0

Beyinə inanılmaz faydası olan qida

Son araşdırmalara görə, alimlər dünyanın ən qidalı və faydalı qida maddələrini seçiblər. Badamın sağlamlığa faydaları əhəmiyyətlidir.

Son.az Teleqraf.com-a istinadən meyvə ilə bağlı yazını təqdim edir.

Badam qəbizlik, tənəffüs xəstəlikləri, öskürək, ürək xəstəliyi, anemiya, dözümsüzlük və şəkərli diabet problemlərinin həllində istifadə olunur. O, həm də sağlam saçların qorunmasına, dəriyə qulluq və diş baxımına kömək edir.

E vitamini, kalsium, fosfor, dəmir və maqneziumla zəngin olan badam sink, selenium, mis və niatsin ehtiva edir. Şirin badam yeyilsə də, acı badamdan yağ istehsalında istifadə olunur. Həzm prosesini sürətləndirmək üçün bac qarına badam yemək məsləhətdir.

Badam insan beyninin inkişafına kömək edən qida mənbəyidir. Eyni zamanda beyin fəaliyyətini artıran və Alzaymer xəstəliyi ehtimalını azaltdığı deyilən riboflavin və L-karnitin ehtiva edir. Tədqiqatlar badam və badam yağının sağlamlıq və sinir sisteminin daha yaxşı işləməsi üçün faydalı olduğunu göstərir.

Bu qidanın müntəzəm istehlak edilməsi qanda xolesterolun aşağı düşməsinə kömək edir.