Yüz ölç, bir biç


Dünya 01 Dek 2019 17:35:00 173 0

Yüz ölç, bir biç

Amerikanın Nyu-Cersi ştatında transplantoloqlar səhv edərək, başqa xəstəyə böyrək köçürüblər.

Son.az Sputnik Azərbaycan-a istinadən bildirir ki, noyabrın 18-də 51 yaşlı amerikalıya donor böyrəyi köçürülüb. Bir müddət keçəndən sonra həkimlər başa düşüb ki, səhv ediblər, orqan eyni adlı, eyni yaşda başqa xəstəyə köçürülməliymiş.

Tibb müəssisəsinin əməkdaşları orqan tədarükü və orqan nəqli təşkilatına və dövlət səhiyyə nazirliyinə bu səhv barədə məlumat veriblər. Nəticədə orqana ehtiyacı olan xəstə 6 gün sonra uğurlu şəkildə əməliyyat edilib.