Türkiyəli ulduzun keçmiş həyat yoldaşı : "Peşiman deyiləm"


Digərləri 01 Dek 2019 17:14:00 150 0

Türkiyəli ulduzun keçmiş həyat yoldaşı : "Peşiman deyiləm"

Türkiyəli ulduz Mustafa Sandalın keçmiş həyat yoldaşı Emina Jahovic verilişdə səmimi açıqlamalar verib.

Son.az Publika.az-a istinadən xəbər verir ki, "Boşandığınıza peşimansınız?" sualına Eminanın cavabı belə olub:

"Peşiman deyiləm. Həmin vaxt bitdi və yenisi başladı. Uşaqlar da vəziyyəti qəbul edib. Həm onun yanında, həm də mənimlə qalırlar. 2019-cu il mənimçün çox gərgin keçdi. Boşandıqdan sonra çətin günlər keçirdim, amma hazırda Mustafa ilə çox gözəl dostluğumuz var. Bir-birimizə kömək edirik, ona görə də xoşbəxtəm".