Selektiv abortların FƏSADLARI: "Yeni doğulan qız uşaqlarına daha çox pul verilsin"


Digərləri 01 Dek 2019 16:45:00 167 0

Selektiv abortların FƏSADLARI: "Yeni doğulan qız uşaqlarına daha çox pul verilsin"

İlin əvvəlindən ölkə üzrə əhalinin sayı 63009 nəfər və ya 0,6 faiz artaraq 2019-cu il oktyabr ayının 1-i vəziyyətinə 10044466 nəfərə çatıb.

Dövlət Statistika Komitəsinin verdiyi məlumata görə, əhalinin 49,9 faizini kişilər, 50,1 faizini isə qadınlar təşkil edir.

Qeyd edək ki, 2003 və 2004-cü ildə əhalinin 50.9 %-ni qadınlar təşkil etsə də, ötən illər ərzində sözügedən rəqəm azalmağa doğru gedib. Belə ki, əhalinin 2005-ci ildə 50.8, 2006 və 2007-ci ildə 50.7, 2008-ci ildə 50.6, 2009 və 2010-cu ildə 50.5, 2011 və 2012-ci ildə 50.4, 2013-2014-cü ildə 50.3, 2015 və 2016-cı ildə 50.2 %-ni qadınlar təşkil etsə də, son illərdə bu rəqəm 50.1 % olub.

Maraqlıdır, ölkədə qadınların sayının get-gedə azalmasına səbəblər nədir? Bunun qarşısını necə almaq olar?

Son.az lent.az-a istinadən bildirir ki, mövzu ilə bağlı açıqlama verən sosioloq Zəminə Səfərova bildirib ki, əslində qadın və kişilərin sayının getdikcə eyniləşməsi qorxulu deyil:

"Ancaq qadınların sayının ilbəil azalması faktı gələcəkdə bir çox problemlərə səbəb ola bilər. Burada əsas səbəblərdən biri də zənnimcə selektiv abortlardır. Doğrudur, hər ailənin öz istəyi var, amma uşağın cinsinin müəyyən olunmasından sonra abort edilməsi düzgün deyil. Buna davam edilərsə, gələcəkdə dünyaya gələcək övladların sayı da azala bilər".

Sosioloq qeyd edib ki, bunun qarşısını almaq üçün daha ciddi tədbirlər həyata keçməlidir: