Ucarda avtomobil piyadanı vuraraq xəsarət yetirib


Sosial 01 Dek 2019 16:33:30 143 0

Ucarda avtomobil piyadanı vuraraq xəsarət yetirib

​Ucarda avtomobil piyadanı vuraraq xəsarət yetirib

Ucarda piyadanın xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

"Report"un Yuxarı Şirvan bürosu xəbər verir ki, hadisə gündüz saatlarında rayonun "Azərbaycan" küçəsində qeydə alınıb.

Rayonun Gəraybəyli kənd sakini Nurəddin Zahid oğlu Xəlilov idarə etdiyi "Chevrolet " markalı minik maşını ilə yolu keçən piyada, Alpout kənd sakini, 1972-ci il təvəllüdlü Bəhram Murad oğlu Tağıyevi vurub. Yaralı müxtəlif xəsarətlərlə Ucar Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı Ucar Rayon Polis Şöbəsində araşdırma aparılır.