SOCAR hava şəraitinin kəskinləşməsi ilə bağlı dənizdə işçilərini təxliyyə edir


İqtisadiyyat 01 Dek 2019 16:34:26 131 0

SOCAR hava şəraitinin kəskinləşməsi ilə bağlı dənizdə işçilərini təxliyyə edir

​SOCAR hava şəraitinin kəskinləşməsi ilə bağlı dənizdə işçilərini təxliyyə edir

SOCAR dənizdə hava şəraitinin kəskinləşməsi ilə əlaqədar təxliyyə tədbirlərinə başlayıb.

SOCAR-dan "Report"a verilən məlumata görə, şirkət təhlükəsizlik tədbirlərini maksimum gücləndirib və dənizdə çalışan neftçilərin - işçilərinin təxliyyəsinə başlayıb.

Bu gün səhər başlayan təxliyyə tədbirləri axşam saatlarına qədər davam edəcək. Açıq bəndlərdə, dəniz platformalarında aparılan bütün işlər dayandırılıb, əməliyyatlar məhdudlaşdırılıb və maksimum gücləndirilib. Dəniz platformaları ətrafında Fövqəladə Hallar Nazirliyinin gəmiləri də daxil olmaqla, mütəmadi növbətçilik həyata keçirilir. Həyat şəraiti normallaşdıqdan sonra işçilərin iş yerlərinə qaytarılması təmin ediləcək.