Davudoğlu ilə Babacan arasında böhran


Dünya 01 Dek 2019 12:59:00 130 0

Davudoğlu ilə Babacan arasında böhran

Türkiyənin keçmiş baş naziri Əhməd Davudoğlu ilə keçmiş iqtisadiyyat naziri Əli Babacan arasında gərginlik yaşandığına dair iddialar irəli sürülüb.

Son.az Teleqraf.com-a istinadən xəbər verir ki, Babacanın Davudoğlunun ünvanına söylənən sözlərin qarşı tərəfdən narahatlıqla qarşılandığı bildirilir.

Siyasi kuluarlarda yayılan məlumatlara görə, tərəflər arasında böhran yaşanır.

"Gazete Duvar"da yer alan xəbərə görə, Əhməd Davudoğlu və Əli Babacan 2019-cu il başa çatmadan partiya afişaları asmaq üçün işlərini davam etdirirlər.