Rusiyada sərnişin avtobusunun qəzaya uğraması nəticəsində 15 nəfər ölüb, 18 nəfər yaralanıb - VİDEO - YENİLƏNİB-2


Dünya 01 Dek 2019 12:35:00 105 0

Rusiyada sərnişin avtobusunun qəzaya uğraması nəticəsində 15 nəfər ölüb, 18 nəfər yaralanıb - VİDEO  - YENİLƏNİB-2

​Rusiyada sərnişin avtobusunun qəzaya uğraması nəticəsində 15 nəfər ölüb

Rusiyada sərnişin avtobusunun qəzaya uğraması nəticəsində xəsarət alanlarınsayı 18 nəfərə çatıb.

"Report" xəbər verir ki, bu barədə RİA Novosti" məlumat yayıb. Məlumata görə, hadisə zamanı 15 nəfər ölüb.

***12:25

Rusiyada sərnişin avtobusunun qəzaya uğraması nəticəsində ölənlərin sayı 15 nəfərə çatıb.

Bu barədə "Report" RİA Novosti"yə istinadən xəbər verir.

***12:12

Rusiyada sərnişin avtobusunun qəzaya uğraması nəticəsində 10 nəfər ölüb.

Bu barədə "Report" TASS-a istinadən xəbər verir.

Qeyd edilir ki, hadisə Zabaykal diyarında, Sretensk rayonunda qeydə alınıb. Belə ki, sərnişin avtobusu körpüdən Kuenqa çayına aşıb. Qəza nəticəsində daha 5 nəfər xəsarət alıb.

Hadisə zamanı avtobusda 43 nəfər olub.

İlkin məlumata görə, hadisəyə avtobusun ön təkərinin partlaması səbəb olub.