Rusiyada sərnişin avtobusunun qəzaya uğraması nəticəsində 15 nəfər ölüb - VİDEO - YENİLƏNİB


Dünya 01 Dek 2019 12:25:00 125 0

Rusiyada sərnişin avtobusunun qəzaya uğraması nəticəsində 15 nəfər ölüb - VİDEO - YENİLƏNİB

​Rusiyada sərnişin avtobusunun qəzaya uğraması nəticəsində 15 nəfər ölüb

Rusiyada sərnişin avtobusunun qəzaya uğraması nəticəsində ölənlərin sayı 15 nəfərə çatıb.

Bu barədə "Report" RİA Novosti"yə istinadən xəbər verir.

***12:12

Rusiyada sərnişin avtobusunun qəzaya uğraması nəticəsində 10 nəfər ölüb.

Bu barədə "Report" TASS-a istinadən xəbər verir.

Qeyd edilir ki, hadisə Zabaykal diyarında, Sretensk rayonunda qeydə alınıb. Belə ki, sərnişin avtobusu körpüdən Kuenqa çayına aşıb. Qəza nəticəsində daha 5 nəfər xəsarət alıb.

Hadisə zamanı avtobusda 43 nəfər olub.

İlkin məlumata görə, hadisəyə avtobusun ön təkərinin partlaması səbəb olub.