Lənkəranda yol qəzası baş verib, ata və qızı xəsarət alıb


Sosial 01 Dek 2019 12:33:21 143 0

Lənkəranda yol qəzası baş verib, ata və qızı xəsarət alıb

​Lənkəranda yol qəzası baş verib, ata və qızı xəsarət alıb

Lənkəranda avtomobil qəzasında iki nəfər ağır xəsarət alıb.

“Report”un Cənub Mərkəzinin verdiyi xəbərə görə, hadisə Ələt-Astara-İran İslam Respublikası dövlət sərhəd yolunun 165-ci km-də,Girdəni kəndində baş verib.

Əslən Naxçıvan Muxtar Respublikasının Culfa şəhərindən olan 1964-cü il təvəllüdlü İmran Əli oğlu Yağubov idarə etdiyi "VAZ-2107" markalı, "99-MP-353" dövlət qeydiyyat nişanlı avtomobillə hərəkətdə olarkən nəqliyyat vasitəsiyoldan çıxaraqtorpaq sahəyə düşüb. Qəza nəticəsində sürücü və qızı, 1993-cü il təvəllüdlü Bakı şəhəri Nizami rayonu Babək prospekti 51 ünvanında yaşayan Yaqubzadə Cəmilə İmran qızı ciddi xəsarətlər alıblar. Hər iki yaralı deformasiyaya uğramış avtomobildən çıxarılaraq Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar. Xəsarət alanlara yuxarı və aşağı ətraflarda açıq və qapalı sınıqlar qeydə alınıb.

Məlumata görə, qəzaya düşən ata və qızı İran İslam Respublikasına müalicə almaq üçün gedirlərmiş. Hadisəyə yüksək sürətlə hərəkət zamanı sürücünün yuxulamasının səbəb olduğu ehtimal edilir.

Faktla bağlı araşdırma aparılır.