"SOCAR Trading" Vyetnam neft emalı zavoduna Azərbaycan nefti tədarük edəcək


Digərləri 01 Dek 2019 12:33:15 139 0

"SOCAR Trading" Vyetnam neft emalı zavoduna Azərbaycan nefti tədarük edəcək

Vyetnamın “Binh Son Refining and Petrochemical Co” dövlət neft emalı və neft-kimya şirkəti Azərbaycan Dövlət Neft Şirkəti ilə (SOCAR) saziş imzalayıb

Bakı. Vyetnamın "Binh Son Refining and Petrochemical Co" dövlət neft emalı və neft-kimya şirkəti Azərbaycan Dövlət Neft Şirkəti ilə (SOCAR) saziş imzalayıb. Trend-in məlumatına görə, sazişə əsasən, "SOCAR Trading" Vyetnamın "Dung Quat" neft emalı zavoduna beş milyon barrel neft tədarük edəcək. Proses 2020-ci ilin birinci yarısında baş tutacaq.