İki aydır davam edən qanlı etirazlar fonunda baş nazir istefa verdi


Dünya 01 Dek 2019 12:29:00 139 0

İki aydır davam edən qanlı etirazlar fonunda baş nazir istefa verdi

İraqda oktyabrın əvvəllərində ölkəni bürümüş korrupsiyaya, işsizliyə, ağır sosial duruma etiraz olaraq başlayan, qanlı toqquşmalarla müşaiyət olunan etirazlar fonunda baş nazir Adil Abdel-Mehdi istefa ərizəsini parlamentə göndərib.

Son.az Virtualaz.org-a istinadən xəbər verir ki, baş nazir istefa vermək niyyətində olduğunu ötən cümə günü açıqlamışdı. Dünən onun istefa ərizəsi parlamentə daxil olub və bu gün dekabrın 1-də İraq parlamenti növbədənkənar iclasında baş nazirin istefasını müzakirə edəcək.

Adil Abdel-Mehdi ötən cümə günü istefa niyyətini elan etsə də ölkədə etirazlar və toqquşmalar səngiməyib. Dünən noyabrın 30-da təhlükəsizlik qüvvələri ilə toqquşmalarda daha üç etirazçı öldürülüb, 60-a yaxını yaralanıb. Bağdadda və ölkənin cənub hissələrində nümayişçilər küçələər çıxaraq hakimiyyətin tamamilə dəyişməsini tələb ediblər, baş nazirin istefası ilə kifayətlənməyəcəyini bildiriblər.