Tarixin 10 ən zəngin cinayətkarı


Digərləri 01 Dek 2019 11:59:00 138 0

Tarixin 10 ən zəngin cinayətkarı

Əksəriyyətimiz çoxlu pul qazanmaq istəyirik. Bəs insanlar sərvət yolunda nələrə hazırdırlar?

Son.az Bizimyol.info-ya istinadən sərvət yolunda dəhşətli cinayətlər törədən ən zəngin canilər haqqında yazını təqdim edir:

10. Dennis Kozlovski

Sərvəti: 600 mln dollar

Dennis Kozlovski Bermudda "Tyco Industrial" şirkətini qeydiyyatdan keçirmişdi. "Tyco Industrial" cəmi bir neçə il sonra minə yaxın şirkəti özünə birləşdirməklə beynəlxalq konqlomerata çevrilmişdi. Lakin şirkətin mənfəətindən gələn heç də bütün pullar biznesin genişlənməsinə yönəldilmirdi.

Kozlovski və onun köməkçisi Mark Şvarts "Tyco"nun pulunu tamamilə onlara məxsus sərvət kimi istifadə etməyə qərar vermişdilər. Denni özünə 19 mln dollara ev, eləcə də Nyu-Yorkda 18 mln dollara mənzil almışdı.

Kozlovski və Şvarts tərəfindən dəyən ümumi zərər 1,6 milyard dollar səviyyəsində qiymətləndirilir ki, bunun da nəticəsində onların hər birinə 25 il həbs cəzası verilmişdi.

9. Bernard Madoff

Sərvəti: 820 mln dollar

Madoff tarixin ən iri maliyyə piramidasının sahibidir. 1960-cı ildə əsası qoyulan "Madoff Investment Securities" əmanətçilərin böyük inamını qazanmışdı.

Şirkət 2008-ci ilin maliyyə böhranının ən qızğın vaxtında iflasa uğradıqdan sonra bir neçə milyon insan və böyük maliyyə təşkilatları zərər çəkmişdi. Madoff isə layiq olduğu cəzanı almışdı: məhkəmə onu 150 il həbs cəzasına məhkum etmişdi.

8. Xoakin Qusman

Sərvəti: 1 mlrd dollar

Kriminal aləmdə El Çapo (Cırtdan) ləqəbi ilə tanınan meksikalı milyarder cinayətkar Xoakin Qusman Loera bir neçə həbsxanadan qaça bilib.

Sonuncu dəfə isə Qusman 2015-ci ildə cəza çəkdiyi Meksika həbsxanasından qaçıb. Beş ay sonra, 2016-cı ilin yanvar ayında həbs olunub. 2017-ci ildə isə ABŞ-a ekstradisiya olunub. Hazırda isə Koloradonun (ABŞ) ən gücləndirilmiş rejimli (Administrative Maximum Facility, ADX) həbsxanasında cəzasını çəkir.

Usama Ben Laden öldürüldükdən sonra dünyada ən axtarılan cani "Cırtdan" olmuşdu.

Qusman ən iri narkokartel olan "Sinaloe"nin lideri idi. ABŞ hakimiyyəti onun başına 5 mln dollar məbləğində mükafat təyin etmişdi. Bu, narkomafiya ilə beynəlxalq mübarizənin tarixində ən iri mükafatlardan biri idi.

7. Аl Kapone

Sərvəti: 1,3 mlrd dollar

ABŞ -ın mütəşəkkil cinayətkarlığının bəlkə də ən parlaq nümayəndəsi olan Al Kapone mebel biznesin adı altında butleqerliklə, qumarxana biznesi, Çikaqo ərazisində qadın alveri və s. ilə məşğul olurdu. Kapone "Metropole" hotelində gününə 1500 dollar ödəməklə beş otaqlı lüks nömrədə yaşayırdı.

Kapone cinayət imperiyasının köməyi ilə həftədə 100 min dollar qazanırdı. Mafiozinin pul sərf etmək istəmədiyi yeganə sahə vergi idi və məhz buna görə də həbsxanaya düşmüşdü. Kapone azadlığa çıxdıqdan sonra 1947-ci ildə Floridada öz evində sifilisin səbəb olduğu infarktdan ölüb.

6. Allen Stenford

Sərvəti: 2 mlrd dollar

Məşhur maliyyəçi və xeyriyyəçi, professional idman sponsoru Allen Stanford fırıldaqçılığa görə həbs olunmuşdu.

Stanford 1993-cü ildən "Stanford Financial Group" kimi tanınan maliyyə imperiyasının rəhbəri və yeganə sahibi idi. Şirkət artıq 2008-ci ildə 50 mlrd dollarlıq aktivləri idarə edirdi.

Texaslı milyarderə 2012-ci il iyunun 14-də əmanətçilərin 7 mlrd dollardan çox itirdikləri maliyyə piramidasının yaradılması ittihamı ilə 110 il həbs cəzasına verilib. "Ponçi sxemi" adlandırılan piramidanın təsisçisinin özü isə günahını etiraf etməmişdi.

5. Leona Helmsli

Sərvəti: 2 mlrd dollar

Leona Helmsli xəsisliyin kraliçası adlandırılıb və hətta onun haqqında eyni adlı film çəkilib. ABŞ-da ən iri mehmanxana imperiyasının sahibi "vergiləri yalnız kiçik adamlar ödəyirlər" kimi qalmaqallı fikirləri ilə tanınır.

Leona vergiyə cəlb edilməyən biznes xərclərinin qrafasına şəxsi ehtiyacları üçün olan xərcləri daxil etmişdi ki, buna görə də həbsxanaya düşmüşdü. Deyilənlərə görə, o, 12 milyon dollarlıq sərvətini itinə vəsiyyət etmişdi.

4. Karlos Enrike Leder Rivas

Sərvəti: 2,7 mlrd dollar

Karlos Leder avtomobil oğurluğundan Medelin kartelinin təsisçisinə kimi böyük bir "karyera" qura bilmişdi.

O, kokainin Kolumbiyadan ABŞ-a Cənub-Şərqi Asiya vasitəsilə çatdırılması üçün çox səmərəli bir sistem yaratmış və kokaini hətta orta sinif nümayəndələri üçün də əlçatan etmişdi.

Bahama arxipelaqının Normans-Key adası gündəlik 300 kq-a qədər narkotikin ötürüldüyü keçid bazasına çevrilmişdi.

Lederi, həmçinin 70-ci illərdə ABŞ-da kokain epidemiyasının atası adlandırırdılar. O, "ilk doz pulsuz" üslubunda promouşen-aksiyasının müəllifi olub. Narkobaron Eskobarın yaxın dostu və qayını idi.

Bəzi hesablamalara görə, oraya saatda 300 kq-a qədər kokain gətirilirdi. Leder hakimiyyətə əsl müharibə elan etmişdi.

Yüzdən çox jurnalist, minlərlə polis əməkdaşı öldürülmüşdü. Leder hər öldürülmüş jurnalist və ya polisə görə cinayətkarlara 4 min dollar mükafat verirdi. Bu isə təbii ki, hakimiyyətin xoşuna gəlmirdi. Nəhayət, o, tutularaq ABŞ-a təhvil verilmişdi.