Aman ovçu, vurma özünü... Bərdəli "başabəla" ovçu görün nə etdi


Digərləri 01 Dek 2019 11:39:00 108 0

Aman ovçu, vurma özünü...  Bərdəli "başabəla" ovçu görün nə etdi

Bərdə rayon Zümürxan kənd sakini Əliyev Şakir İlham oğlu qanunsuz silahla ov edən zaman açılan atəş nəticəsində yaralanıb. Yaralı tibbi yardım almaq məqsədilə ağır vəziyyətdə Gəncə xəstəxanasına aparılıb. 

Son.az Sputnik Azərbaycan-a istinadən bildirir ki, qanunsuz ov edən Şakir Əliyevi təqibi  həyata keçirərkən ehtiyatsızlıq nəticəsində silahından açılan atəşilə polis əməkdaşı yaralayıb.

Bərdə rayon İcra Hakimiyyətinin Zümürxan kənd İnzibati Ərazi Vahidi üzrə nümayəndəsinin müavini Elxan  Bəşirov isə qanunsuz silahla ov edən Şakir Əliyevin polis əməkdaşının açdığı atəşlə deyil, polis nəfərinin təqibi zamanı öz əlindəki silahın açılması nəticəsində yaralandığını bildirib.

Onu da qeyd edək ki, hadisə Bərdə rayonunun Zümürxan kənd izibati ərazisindəki Tərtər çayında qeydə alınıb.