Daşkəsəndə sərxoş kişini döyüb xəstəxanalıq etdilər


Kriminal 01 Dek 2019 11:09:00 139 0

Daşkəsəndə sərxoş kişini döyüb xəstəxanalıq etdilər

Daşkəsəndə sərxoş kişi döyülüb.

Hadisə rayonun Qabaqtəpə kəndində baş verib. Belə ki, kənd sakini, 1990-cı il təvəllüdlü Həsənov Fərman Fərhad oğlu ağır vəziyyətdə xəstəxanaya gətirilib. Dərhal xəstəyə lazımi tibbi yardım göstərilib. 29 yaşlı kişinin vəziyyətinin kafi olduğu bildirilir.

Məlumata görə, F.Həsənov tanıdığı şəxs tərəfindən döyülüb. Bildirilib ki, F.Həsənov sərxoş vəziyyətdə həmin şəxsə balta ataraq ona xəsarət yetirib və buna görə də taxta parçası ilə döyülüb. Hadisə barədə polisə məlumat verilib. Faktla bağlı Daşkəsən Rayon Polis Şöbəsində araşdırma aparılır.