Dəməşq yaxınlığında partlayış,


Dünya 01 Dek 2019 10:59:00 125 0

Dəməşq yaxınlığında partlayış,

Suriyanın Dəməşq şəhəri yaxınlığında terrorçular tərəfindən quraşdırılmış minanın partlaması nəticəsində iki uşaq həyatını itirib.

Son.az "Qafqazinfo"ya istinadən bildirir ki, insident Hoş-Nəsri şəhərinin rayonunda baş verib. Həmin yaşayış məntəqəsi əvvəllər silahlı qruplaşmaların böyük forpostu olub.

İlkin məlumatlara görə, uşaqlar qoyunları otararkən minaya düşüblər. Hər iki uşaq dünyasını dəyişib.