Culyetto Kyeza: TANAP-ın işə salınması Azərbaycanla Avropa İttifaqı arasında əməkdaşlığı möhkəmləndirəcək


Digərləri 01 Dek 2019 08:31:57 103 0

Culyetto Kyeza: TANAP-ın işə salınması Azərbaycanla Avropa İttifaqı arasında əməkdaşlığı möhkəmləndirəcək

Cənub Qaz Dəhlizinin tərkib hissəsi olan Trans-Anadolu qaz kəmərinin (TANAP) işə salınması layihə iştirakçılarının regionda və dünyada nüfuzunu artıracaq əlamətdar hadisədir

Bakı. Cənub Qaz Dəhlizinin tərkib hissəsi olan Trans-Anadolu qaz kəmərinin (TANAP) işə salınması layihə iştirakçılarının regionda və dünyada nüfuzunu artıracaq əlamətdar hadisədir. Bunu Trend-ə italiyalı jurnalist, siyasətçi və ictimai xadim Culyetto Kyeza deyib. O bildirib ki, Cənub Qaz Dəhlizi konsepsiyası Avropa Komissiyası tərəfindən 2008-ci il irəli sürülmüşdü: “Layihə böyük əhəmiyyətə malikdir, çünki söhbət Cənub-Şərqi və Mərkəzi Avropa bazarlarına yeni qaz tədarükü marşrutlarından gedir. Bu, həm də İtaliyanın marağındadır. Eyni zamanda TANAP-ın işə salınması Azərbaycanın regionda və dünyada etibarlı tərəfdaş kimi rolunu gücləndirəcək və qaz tədarükünün təhlükəsizliyini təmin edəcək”. Jurnalist əlavə edib ki, TANAP-ın işə salınması Azərbaycanla Avropa İttifaqı arasında iqtisadi və siyasi əməkdaşlığın inkişafına xidmət edəcək. Qeyd edək ki, noyabrın 30-da Türkiyənin Ədirnə şəhərinin İpsala qəsəbəsində Trans Anadolu Təbii Qaz Boru Kəmərinin (TANAP) Avropa bağlantısının (Faza-1) açılış mərasimi keçirilib.