Budapeşt küçələrində Milad tramvayları görünəcək


Digərləri 01 Dek 2019 08:06:00 119 0

Budapeşt küçələrində Milad tramvayları görünəcək

Dünəndən etibarən Milad bayramının sonuna qədər Budapeştin küçələrində qədim tramvaylar görünür. Ənənəyə görə, bu tramvaylar həm içəridən, həm də bayır tərəfdən işıqlandırılacaq.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, əvvəllər həmin tramvaylar yalnız bir marşrut üzrə - Dunay çayının sahili boyunca hərəkət edirdilər. Bu dəfə isə, Macarıstan paytaxtının sakinləri və qonaqları şəhərin müxtəlif hissələrində bu tramvaylara minə biləcəklər.

Ağ və göy rəngli "soyuq" diod lampaları ilə işıqlandırılan Milad tramvaylarının görkəmi qış gecələrində əsl bayram əhvalı yaradacaq.

Bu ənənənin tarixi çox da qədim deyil.