Bu şəhər qış bayramları münasibətilə 10 milyon işıqla bəzədilib


Digərləri 01 Dek 2019 07:32:00 126 0

Bu şəhər qış bayramları münasibətilə 10 milyon işıqla bəzədilib

Buxarest meriyası qış bayramları, Milad və Yeni il münasibətilə 10 milyon işıqla şəhəri bəzəyib.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, hər il milyonlarla yerli vətəndaşı və turistləri cəlb edən Milad bayramı yarmarkası parlament binası önündə açılıb. Bu münasibətlə keçirilən tədbirdə kulminasiya nöqtəsi bayram işıqlandırmasının yanması olub. Yarmarkada konsertlər, milli rumın yemək çeşidləri, tamaşalar, suvenirlər ziyarətçilərə təqdim olunacaq. Rumıniyanın paytaxtında quraşdırılan işıqlar 40 kilometr prospekt və küçələri əhatə edir.