Ən qədim şahmat fiquru tapılıb


Digərləri 01 Dek 2019 07:22:00 179 0

Ən qədim şahmat fiquru tapılıb

Arxeoloqlar İordaniya ərazisində 1,3 min il tarixi olan dünyanın ən qədim şahmat fiqurunu tapıblar. Son.az AZƏRTAC-a istinadən bildirir ki, bu nadir tapıntı Britaniya Kolumbiyasında Viktoriya Universitetinin arxeoloqu Con Olesonun rəhbərlik etdiyi arxeoloji ekspedisiyanın qədim yaşayış məskənində apardığı qazıntılar zamanı aşkar edilib. Tapılan şahmat oyununun top fiquru qumdan düzəldilib və yuxarısında iki xarakterik "buynuz" var. Onun tarixinin VII əsrə aid olduğu müəyyən edilib.

Şahmatın 1500 il bundan əvvəl Hindistanda meydana gəldiyi, sonradan sürətlə qərbə doğru yayıldığı məlumdur. Top fiqurunun tapıldığı ərazi İordaniyanın cənubunda vaxtilə Hindistanla Yaxın Şərqi birləşdirən məşhur ticarət marşrutunun üzərində yerləşir.