"VAZ" “QAZel”ə çırpıldı:


Digərləri 30 Noy 2019 18:50:00 128 0

"VAZ" “QAZel”ə çırpıldı:

Göyçay rayonunun Üngütlü kəndi ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyindən Son.az-a verilən məlumata görə, noyabrın 29-da saat 18 radələrində Göyçay rayonunun Üngütlü kəndi ərazisində rayon sakini P.İsmayılov idarə etdiyi "VAZ-2106" markalı avtomobili qarşıda gedən Ş.Qədirovun idarə etdiyi "QAZel" markalı avtomobilə vurub.

Nəticədə P.İsmayılov və sərnişini olan qardaşı Mabud xəstəxanaya yerləşdirilib, Mabud orada ölüb.

Göyçay RPŞ tərəfindən araşdırma aparılır.