“Mafiyalar diqqətçəkicidir, ailə və sədaqət...”


Digərləri 30 Noy 2019 18:30:00 121 0

“Mafiyalar diqqətçəkicidir, ailə və sədaqət...”

Türkiyənin məşhur aktyoru, "Eşkiya dünyaya hükümdar olmaz" serialının Hızırı Bakıda böyük izdihamla qarşılanıb. Aktyor siması olduğu mağazanın açılışından sonra sevənləri ilə görüşmək istəsə də, izdiham səbəbindən imza gününü yarımçıq tərk edib.

Son.az bildirir ki, musavat.com-a özəl müsahibə verən aktyor Bakıda sevənlərinin çox olduğundan xəbərdar olduğunu dilə gətirib: " Saat 5-ə kimə çalışdım, heç yatmadan Bakıya gəldim. Burada sevənlərimin çox olduğunu bilirdim. Bu qədər izdiham olacağını gözləyirdim. Təəccüblənmədim. Hər kəsə təşəkkür edirəm". 

- Bakıya daxil olduğunuz zaman diqqətinizi çəkən nə oldu? 

Şəhəriniz çox gözəlləşib, qədimlik saxlanılaraq müasirləşdirilib. Qədimi binalar sökülməyib. Bir çox Avropa şəhərini gəzdik, Bakı onlardan geri qalmır.   - Azərbaycan-Türkiyə istehsalı olan filmlərlə bağlı təklif gəlibmi?

- Azərbaycandan film təklifləri gəlib, vaxtım olmadığı üçün qəbul etməmişəm. Biz də ortaq layihələr haqqında düşünürük, sizinlə bir araya gəlmək istəyirik. Düşünürəm ki, maraqlı hekayələr ortaya çıxar. İstəklərimizi indiyə kimi həyata keçirə bilməmişik, amma ortaq işlərimizin olmaması üçün bir səbəb yoxdur.

- Azərbaycanla Türkiyənin ortaq ekran həyatı verəcəyi "Mübariz" filmində sizin də rol alacağınız deyilirdi. Belə bir təklif aldınızmı?

- Təklif almadım, xəbərim yoxdur.

- Dekabrın sonlarında "Aman, reis duymasın" filminin qala gecəsi üçün yenidən Bakıya gələcəyiniz açıqlandı. Film haqqında nələr deyə bilərsiniz?

- Gələcəyim planlanırdı, lakin böyük ehtimal gələ bilməyəcəyəm, həmin tarixdə başqa proqramım var. Çox maraqlı filmdir. Mən ekran işində qonaq aktyoram. Bir filmin əvvəlində, bir də sonunda  görünürəm. Komandamıza, filmin aktyor heyətinə uğurlar arzulayıram. Gözəl iş ortaya çıxdı. İnanıram ki, onlar üçün də izdiham olacaq.

- Rol aldığınız və ya qəbul etmədiyiniz üçün peşman olduğunuz layihə var?

- Belə şeylər düşünmürəm. Tale deyə bir şey var. Bizim üşün həyatımızın proqramlandığına inanıram, biz də o proqram üzrə yaşayırıq. Hər işdə bir xeyir var, mən buna inanıram. 

- Həyatda istədiyiniz hər şeyə nail ola bilmisiniz?

- İstədiyim hər şeyə nail olmaq" kimi bir anlayış yoxdur. İnsanın daim hədəfləri olmalıdır. Hədəfləriniz olmasa, həyatınızı bitirmək nöqtəsinə gələrsiniz. Hər zaman hədəflərimiz yüksək olmalıdır.