KOBİA-nın dəstəyi ilə əlilliyi olan şəxslərin əl işlərinin satış-sərgisi keçirilir


Sosial 30 Noy 2019 17:51:13 185 0

KOBİA-nın dəstəyi ilə əlilliyi olan şəxslərin əl işlərinin satış-sərgisi keçirilir

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) dəstəyi ilə “Park Bulvar”da əlilliyi olan şəxslərin əl işlərinin satış-sərgisi keçirilir.

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) dəstəyi ilə “Park Bulvar”da əlilliyi olan şəxslərin əl işlərinin satış-sərgisi keçirilir.

"Report"un xəbərinə görə,3 dekabr – Beynəlxalq Əlillər Gününə həsr olunmuş sərginin məqsədi əlilliyi olan istedadlı şəxslərin fəaliyyətini ictimaiyyətə təqdim etmək, əl işlərinin satışına dəstək göstərməkdir.

Dekabrın 1-dək davam edəcək satış sərgisində əlilliyi olan şəxslər tərəfindən hazırlanmış suvenirlər, ağac üzərində oymalar, xalçaçılıq, tikmə və toxuma nümunələri, rəsmlər, bəzək əşyaları və aksesuarlar və s. nümayiş olunur.

Şəkli yükləmək Şəklə tam ölçüdə baxmaq Arxiv şəklində yükləmək