Sevgilisini balta ilə öldürdüyünə görə elektrik kreslosunda edam edilən ilk qatil FOTO VİDEO


Dünya 30 Noy 2019 18:00:00 134 0

Sevgilisini balta ilə öldürdüyünə görə elektrik kreslosunda edam edilən ilk qatil  FOTO  VİDEO

Tarixdə bir çox qəribə edam metodları mövcuddur. Ən ağrılı ölüm hökmlərindən biri də elektrik kreslosudur.

6 avqust 1890-cı ildə ilk dəfə Nyu-Yorkda edam üçün bu kreslodan istifadə edilib.

Son.az musavat.com-a istinadən bildirir ki, elektrik kreslosunun ilk modelinin 1888-ci ildə Tomas Edisonun şirkətində işləyən Harold Braun tərəfindən icad edildiyi güman olunur. Digər mənbələrə görə, diş həkimi Albert Sousvuik elektrik kreslosunun ixtiraçısı olub.

İcad edildikdən iki il sonra həmin kreslo ilə  Nyu-Yorkda "Auburn" həbsxanasında Viliam Kemlerin edamı baş tutub.

Həmin dönəmdə "New York Times" qəzetinin müxbirlərindən biri hadisəni bu cür yazırdı: "Dəhşətli səhnədir!.. Şahidlər gözlərini ondan ayırmadılar. Bir adamın yanıb kül olmasını izlədilər və ölüm otağının qoxusu.. Yanmış insan əti".

Viliam Kemler sevgilisi Tili Zigleri balta ilə öldürdüyünə görə həbs edilmişdi.

Əvvəlcə 17 saniyəlik 2000 volt cərəyan qəbul edən Kemler, bir müddət sonra özünə gələrək qışqırmağa başlayıb. Daha sonra ölmədiyi üçün 90 saniyəlik 2000 volt verilib. Müşahidəçilərin qeydlərində yandırılmış ətin qoxusunun edam otağına sıx şəkildə yayıldığı və dərisinin parlaq qırmızı olduğu bildirilir. Olduqca ağrılı ölümündən sonra Viliam Kemler elektrik kreslosunda edam edilən ilk şəxs kimi tarixə düşüb.

Kemler ölmədən öncə elektrik kreslosunda bu sözləri deyib: "Cənablar, hamınıza uğurlar diləyirəm. İnanıram ki, yaxşı bir yerə gedəcəyəm və getməyə hazıram. Sadəcə, demək istəyirəm ki, mənim haqqımda verilən qərar düzgün deyil. Bu edamı dayandırmaq üçün zamanınız var".