Azərbaycan Ordusunda ağacəkmə aksiyası davam edir FOTO


Digərləri 30 Noy 2019 17:35:00 115 0

Azərbaycan Ordusunda ağacəkmə aksiyası davam edir  FOTO

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın ekoloji vəziyyətin yaxşılaşdırılması və yeni yaşıllıq zonalarının salınması təşəbbüsü ilə keçirilən ağacəkmə aksiyası Azərbaycan Ordusunda da davam edir.

Müdafiə Nazirliyindən Son.az-a verilən məlumata görə, bu gün keçirilən növbəti iməcilikdə şəxsi heyət tərəfindən abadlıq və yaşıllaşdırma işləri aparılıb, ağacların dibi yumşaldılıb və aqrotexniki qulluq göstərilib.

Qeyd edək ki, aksiya çərçivəsində ümumilikdə 60 mindən çox müxtəlif növ ağac əkilməsi nəzərdə tutulub.