Prezidenti Amazon meşələrindəki yanğına görə Leonardo Di Kaprionu günahlandırıb


Dünya 30 Noy 2019 17:30:00 108 0

Prezidenti Amazon meşələrindəki yanğına görə Leonardo Di Kaprionu günahlandırıb

Amerikalı aktyor Leonardo Di Kaprio Amazoniyada meşə yanğınlarında əli olan qeyri-kommersiya təşkilatlarını maliyyələşdirir.

Son.az musavat.com-a istinadən bildirir ki, belə bir maraqlı bəyanatla Braziliya prezidenti Jair Balsonaru çıxış edib.

"Di Kaprio bərkgedən oğlandır, elə deyilmi? Amma o pulu Amazoniyanın yandırılmasına xərcləyir", -ölkə başçısı bildirib.

Onun sözlərinə görə, qeyri-kommersiya təşkilatları aktyordan maliyyə dəstəyi almaq üçün meşələrə od vururlar. "Yanğını törədirlər, sonra onun fotoşəkillərini çəkib Leonardo Di Kaprioya göndərirlər ki, aktyordan 500 min dollar pul qoparsınlar", - Braziliya prezidenti bildirib.

Adəti üzrə dövlət başçısı öz iddialarına heç bir dəlil gətirməyib.