Göyçayda "VAZ" qəza törətdi, ölən var


Digərləri 30 Noy 2019 17:23:18 107 0

Göyçayda "VAZ" qəza törətdi, ölən var

Göyçay rayonunun Üngütlü kəndi ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

Bakı. Göyçay rayonunun Üngütlü kəndi ərazisində yol-nəqliyyat hadisəsi baş verib. Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, noyabrın 29-da saat 18 radələrində Göyçay rayonunun Üngütlü kəndi ərazisində rayon sakini P.İsmayılov idarə etdiyi “VAZ-2106” markalı avtomobili qarşıda gedən Ş.Qədirovun idarə etdiyi “QAZel” markalı avtomobilə vurub. Nəticədə P.İsmayılov və sərnişini olan qardaşı Mabud xəstəxanaya yerləşdirilib, Mabud orada ölüb.