Türkiyə Prezidenti: “TANAP ölkələrimiz arasındakı köklü dostluğun simvoludur” - YENİLƏNİB


İqtisadiyyat 30 Noy 2019 17:08:00 134 0

Türkiyə Prezidenti: “TANAP ölkələrimiz arasındakı köklü dostluğun simvoludur” - YENİLƏNİB

​Türkiyə Prezidenti: “TANAP ölkələrimiz arasındakı köklü dostluğun simvoludur”

O vurğulayıb ki, TANAP bu mərhələyə Türkiyə və Azərbaycanın qarşılıqlı güvənə əsaslanan münasibətləri sayəsində gəlib: “Layihənin uğurunda tranzit və istehlakçı ölkələr ilə layihədə pay sahibi olan şirkətlər arasındakı əlaqə də açar rolu oynayıb.Enerjinin “İpək yolu” hesab edilən bu möhtəşəm layihəni nəzərdə tutulan vaxtda, hədəflərimizə uyğun şəkildə başa çatdırdıq. Biz TANAP-la ölkəmizin enerji ehtiyacını zəmanət altına almaqla yanaşı, Avropanın enerji təhlükəsizliyinə töhfə verməyi hədəfləmişik”.

*** 16:17

"TANAP hər şeydən əvvəl ölkələrimiz arasındakı köklü dostluğun simvoludur".

“Report” xəbər verir ki, bunu Türkiyənin Ədirnə şəhərinin İpsala qəsəbəsində keçirilən TANAP-ın II hissəsinin açılış mərasimində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.

O deyib ki, layihə plana uyğun həyata keçirilib: “TANAP-la ildə 16 mlrd. kubmetr Azərbaycan təbii qazının Türkiyə və Avropanın istifadəsinə təqdim edilməsi xəyaldan çıxıb reallığa çevrilib. Ölkələrimiz və bölgəmiz üçün tarixi bir andır. TANAP regional sülh layihəsidir”.