Nazir: "TANAP Türkiyə və Avropanın enerji təhlükəsizliyi üçün çox mühüm layihədir"


Digərləri 30 Noy 2019 16:39:00 109 0

Nazir: "TANAP Türkiyə və Avropanın enerji təhlükəsizliyi üçün çox mühüm layihədir"

Trans-Anadolu qaz kəməri (TANAP) Türkiyə və Avropanın enerji təhlükəsizliyi üçün çox mühüm layihədir.

Son.az Trend-ə istinadən bildirir ki, bunu Türkiyənin Energetika və Təbii Ehtiyatlar naziri Fatih Dönməz Trans-Anadolu boru kəmərinin ikinci sahəsinin (Mərhələ-2) açılışı münasibətilə deyib.

Nazir bildirib: "Bu layihə Türkiyə və Azərbaycan xalqları arasında qardaşlıq münasibətlərinin daha bir göstəricisidir. Bu layihə enerji sahəsində "ipək yolu" olmaqla Türkiyəni regionun enerji habına çevirir".

F.Dönməz əlavə edib ki, TANAP enerji sahəsində başqa layihələrə də müsbət təsir edəcək və Türkiyə başqa ölkələrlə birgə layihələrin reallaşdırılmasının tərəfdarıdır.

TANAP-ın "Türk axını" ilə rəqabət aparması imkanlarına gəlincə, nazir vurğulayıb ki, bu iki layihə rəqib deyil, bir-birini tamamlayır.