İran ordusunun sualtı gəmiləri yeni raketlə təchiz olunacaq


Digərləri 30 Noy 2019 16:31:44 105 0

İran ordusunun sualtı gəmiləri yeni raketlə təchiz olunacaq

İran ordusu Hərbi Dəniz Qoşunlarının bütün sualtı gəmiləri Cask-2 raketləri ilə təchiz ediləcək.

Bakı. Elnur Bağışov - İran ordusu Hərbi Dəniz Qoşunlarının bütün sualtı gəmiləri Cask-2 raketləri ilə təchiz ediləcək. Trend-in məlumatına görə, bunu İran ordusu Hərbi Dəniz Qoşunlarının komandanı admiral Hüseyn Xanzadi deyib. H.Xanzadinin sözlərinə görə, artıq bu raket kütləvi şəkildə istehsal edilməkdədir. Komandan əlavə edib ki, Cask-2 raketinin radiusu gələcəkdə diqqəti cəlb edəcək dərəcədə artırılacaq. Bununla yanaşı sualtı gəmilərin raket potensiallarını çeşidləndirən Cask 3 adlı yeni layihə icra edilməkdədir.