TANAP əsrin layihəsidir


Digərləri 30 Noy 2019 16:19:00 116 0

TANAP əsrin layihəsidir

Trans-Anadolu qaz kəməri (TANAP) mühüm enerji layihələrindən biridir və bu layihəni hətta əsrin layihəsi adlandırmaq olar.

Son.az Trend-ə istinadən bildirir ki, bunu Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasından olan millət vəkili Bülent Turan "Twitter" səhifəsində qeyd edib.

Millət vəkili bildirib ki, bu layihə Türkiyə üçün çox vacibdir.

Bundan başqa, Türkiyə Xarici İşlər nazirinin müavini Yavuz Səlim Kıran da qeyd edib ki, TANAP-ın Avropa ilə birləşməsi Azərbaycan qazının Türkiyədə çatdırılaraq Avropaya ötürülməsini həyata keçirməklə Türkiyəni vacib enerji habına çevirir.